Dünya
Ermənistan ordusunun hərbi qulluqçusu öldü
Ermənistan silahlı qüvvələrinin müqavilə əsasında xidmət edən hərbi qulluqçusu vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "İlkin məlumatlara görə, hərbi qulluqçunun anidən vəfat etməsi xidmətlə bağlı olmayan səbəbdən baş verib. Müdafiə Nazirliyi uzun müddətdir qüvvədə olan qaydaya əsasən, bu cür hallarla bağlı rəsmi xəbər vermir", - deyə Ermənistan MN-dən bildirilib.
Mənbə
oxu.az