Dünya
Paşinyan müharibənin ildönümündə niyə bu barədə danışmadı?
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin altıncı ildönümü ilə əlaqədar niyə heç bir fikir səsləndirməməsi barədə jurnalistlərin suallarını cavablandırıb. Oxu.Az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, baş nazir beş ildir bu mövzuda danışdığını və artıq toxunulmayan heç bir detalın qalmadığını bildirib. "Əlavə ediləcək yeni heç nə yoxdur", - deyə hökumət rəhbəri vurğulayıb. Baş nazir əlavə edib ki, rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası Vətən uğrunda həlak olanların xatirə gününü matəm günü kimi elan edib. Həmin gün "Birinci kanal"da müğənni Tatanın konsertinin yayımlanması məsələsinə gəlincə, Paşinyan bunun müəyyən qədər düzgün qərar olmadığını etiraf edib. Lakin, o, vəziyyətə fərqli yanaşmağı təklif edərək bildirib ki, digər konsertlərin yayımlandığı günlərdə də itkilərimiz olub. "Bu gün də 44 günlük müharibənin günlərindən biridir və məhz bu gün də itkilərimiz olub. Buna necə reaksiya verməliyik? Qarşıdan 9 noyabr gəlir. Mən sadəcə anlamaq istəyirəm: 8 və ya 10 ildən sonra sentyabrın 27-də "Birinci kanal"da hər hansı bir konsert vermək mümkün olacaq, yoxsa yox?" - , deyə, o, fikrini yekunlaşdırıb.
Mənbə
oxu.az