Dünya

Tramp İranın təklifini rədd etdi

01 Oct 2026, 16:28 2 baxış
Tramp İranın təklifini rədd etdi
"ABŞ İranın Hörmüz boğazının açılması ilə bağlı təklifini yetərincə sərfəli saymayaraq rədd edib". Oxu.Az "Fox News"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Tehranla barışıqdan imtina etməsinin səbəbləri ilə bağlı sualı cavablandıran dövlət başçısı bildirib: "Onlar Hörmüz boğazını açmağı təklif etdilər. Lakin bu, sadəcə olaraq kifayət deyil. Hətta yaxın belə deyil". Ağ Ev rəhbərinin sözlərinə görə, sentyabrın sonlarında Hörmüz boğazından İranla münaqişə tarixində ən yüksək göstəriciləri üstələyən rekord həcmdə neft nəql edilib. ABŞ Energetika Nazirliyinin məlumatlarına əsasən, Hörmüz boğazından sutka ərzində təxminən 13 milyon barel neft keçir. ABŞ-nin energetika naziri Kris Rayt qeyd edib ki, son günlərin birində boğazdan 20 milyon bareldən çox neft daşınıb və bu rəqəm münaqişədən əvvəlki dövrün göstəricilərinə yaxınlaşıb. Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Yükdaşımaları İdarəsi (UKMTO) məlumat vermişdi ki, Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi ABŞ və İran arasındakı münaqişə başlamazdan əvvəl qeydə alınan səviyyədən təqribən 75% aşağı olaraq qalmaqdadır.
Mənbə oxu.az

Oxşar Xəbərlər