Dünya
Diplomatik gərginlik: Rusiya Macarıstan diplomatlarını ölkədən çıxarır
Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Macarıstanın bu ölkədəki müvəqqəti işlər vəkili Qabor Gergicə bildirilib ki, cavab tədbiri olaraq Macarıstanın Moskvadakı səfirliyinin, eləcə də Sankt-Peterburq və Kazandakı baş konsulluqlarının bir qrup əməkdaşı Rusiya ərazisini tərk etməlidir. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN-dən məlumat verilib. Nazirlikdən bildirilib ki, Macarıstan hakimiyyətinin sentyabrın 8-də bir sıra rusiyalı diplomatik işçilərin ölkədən çıxarılması ilə bağlı açıq şəkildə qeyri-dost tələbinə görə diplomatik nümayəndəliyin rəhbərinə qəti etiraz edilib. "Macarıstan diplomatının diqqətinə çatdırılıb ki, atılan addımlara adekvat cavab olaraq, Macarıstanın Moskva səfirliyinin, həmçinin Sankt-Peterburq və Kazandakı baş konsulluqlarının bəzi əməkdaşları iki həftə ərzində Rusiya Federasiyası ərazisindən getməlidirlər", - deyə nazirlikdən bildirilib.
Mənbə
oxu.az