Kriminal

Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilənə ağır cəza istənildi

01 Oct 2026, 13:40 3 baxış
Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilənə ağır cəza istənildi
Bakının Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənin 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif edib. Müdafiə tərəfi çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib. Növbəti proses oktyabrın 8-nə təyin edilib. Qeyd edək ki, hadisə 2025-ci il aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub. Elgün Həsənli
Mənbə oxu.az

Oxşar Xəbərlər