Kriminal

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı - Video

01 Oct 2026, 10:40 3 baxış
Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı - Video
Şamaxıda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzasının təfərrüatı məlum olub. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, yaxınları mərhum Elmira Əliyevanın Bakıda yaşadığını və bacısı nəvəsinin hərbi xidmətə yola salınması üçün Şamaxıya gəldiyini deyir. Hadisə onun qohumlarının evindən qayıdarkən yolu keçmək istədiyi zaman baş verib. "Yoldan keçirdim, qəzanı görüb maşını saxladım. Hadisə yerinə yaxınlaşanda gördüm ki, yerdə uzanan şəxs bibimdir. Mən gələndə artıq həyatını itirmişdi", - deyə mərhumun qohumu bildirib.

Qeyd edək ki, hadisə Bakı-Şamaxı yolunun Mirzə Ələkbər Sabir qəsəbəsində, köməkçi yolda qeydə alınıb. Şamaxı sakini Aytac Bəkirovanın idarə etdiyi avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Elmira Əliyevanı vurub. Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. Ağır xəsarət alan qadın hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər