Digər

Azərbaycan ordusunun atəş gücü artırılır: Yeni silahlar təqdim olundu - Foto

01 Oct 2026, 11:32 2 baxış
Azərbaycan ordusunun atəş gücü artırılır: Yeni silahlar təqdim olundu - Foto
Türkiyənin CANİK silah istehsal şirkəti Azərbaycanla hərbi-texniki əməkdaşlıq çərçivəsində "M3 FALCON" ağır pulemyotları və "METE SFT" silahlarını tədarük edib. Oxu.Az xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında olan Rusiyanın istehsalı olan "Mi-17" helikopterlərinə "M3 FALCON FLEX" lafeti və "M3 FALCON" ağır pulemyotu inteqrasiya edilib. Azərbaycanın Hərbi Hava Qüvvələrinin inventarında olan "Mi-17" helikopterlərinə inteqrasiya edilən "M3 FALCON FLEX" lafeti və "M3 FALCON" ağır pulemyotundan ümumilikdə 20 ədəd tədarük edilib. 10 helikopterə hərəsinə iki ədəd olmaqla, lafet və silah birlikdə komplekt şəklində təqdim olunub. CANİK tərəfindən Azərbaycanın Quru Qoşunları və xüsusi təyinatlı qüvvələri üçün "METE SFT" silah modeli də tədarük olunur. "METE SFT"nin səsboğucu taxıla bilən modeli "METE SFT Pro"dur. Silahlar nişangahları, fənərləri, həmçinin ayaq qılıfı, bel qılıfı və digər aksesuarlarla birlikdə təqdim edilir.
{{gallery}}
Azərbaycan ordusunun atəş gücü artırılır: Yeni silahlar təqdim olundu - Foto Azərbaycan ordusunun atəş gücü artırılır: Yeni silahlar təqdim olundu - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər