Dünya
Türkiyədə xüsusi əməliyyat: Mersin bələdiyyəsinin sədri saxlanıldı
Türkiyənin Mersin şəhərində yerli bələdiyyələrlə bağlı davam edən rüşvət və korrupsiya istintaqı çərçivəsində xüsusi əməliyyat keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, bir neçə ünvanda eyni vaxtda baş tutan əməliyyatlar nəticəsində 59 şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Tutulanların arasında Mersin Böyükşəhər bələdiyyəsinin sədri Vahap Seçer, Yenişəhər bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli bələdiyyəsinin rəhbəri Ahmet Serkan Tuncer də var. Təhqiqat işləri daxilində Mersin Böyükşəhər bələdiyyəsində yoxlamalar aparılıb. Nəticədə 13 tender və 63 birbaşa satınalma prosedurlarında qanunsuzluqlara yol verildiyi, dövlət büdcəsinə ümumilikdə 330 milyon 945 min lirə (təxminən 11 milyon 473 min manat) məbləğində ziyan vurulduğu müəyyən edilib.
Mənbə
oxu.az