Kriminal

Beyləqanda güclü YANĞIN: Bir neçə yaşayış məntəqəsində işıq kəsilib

29 Sep 2026, 20:38 2 baxış
Beyləqanda güclü YANĞIN: Bir neçə yaşayış məntəqəsində işıq kəsilib
Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb. Güclü yanğın səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin briqadaları, xüsusi texnika və canlı qüvvə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğının başvermə səbəbləri araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər