Digər

Myanmada ordu bu şəhəri vurdu: 50 ölü, 58 yaralı

29 Sep 2026, 15:37 4 baxış
Myanmada ordu bu şəhəri vurdu: 50 ölü, 58 yaralı

Myanmada 2021-ci il hərbi çevrilişindən sonra davam edən vətəndaş müharibəsi fonunda Arakan əyalətində gərginlik yenidən artıb.


Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.


Məlumata görə, Myanma ordusu Arakan vilayətinin Kyauktau şəhərinə havadan zərbələr endirib.


Hava hücumu nəticəsində 50 nəfər ölüb, azı 58 nəfər də yaralanıb.


Qeyd olunub ki, Myanma ordusu əsasən bazarı, məktəbləri, və yaşayış məntəqələrini qəsdən hədəf alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər