Digər
İsrail HƏMAS-ın daha bir komandirini öldürdü
İsrail ordusu HƏMAS-ın Şimal Briqadasının komandiri İzzəddin Biki zərərsizləşdirib.
Axar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İzzəddin Bik İsrailin Qəzzaya endirdiyi aviazərbələr nəticəsində öldürülüb.
Ordudan bildirilib ki, Bik briqadanın döyüş potensialının bərpasında iştirak edib və İsrail ordusunun heyətinə birbaşa təhlükə yaradıb.
Mənbə
axar.az