Dünya

"Pandora qutusu" açıla bilər: Şimali Koreyadan ABŞ-yə nüvə xəbərdarlığı

29 Sep 2026, 11:32 4 baxış
"Pandora qutusu" açıla bilər: Şimali Koreyadan ABŞ-yə nüvə xəbərdarlığı
ABŞ-nin nüvə potensialını gücləndirməsi dünyanı dəhşətli fəlakətə sürükləyə bilər. Oxu.Az xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) tərəfindən yayımlanan KXDR Xarici İşlər Nazirliyinin memorandumunda bildirilib. Şimali Koreya diplomatlarının sözlərinə görə, əgər Vaşinqtonun nüvə texnologiyalarının həm şaquli, həm də üfüqi şəkildə yayılması istiqamətində atdığı addımlar cəzasız qalarsa, "Pandora qutusu" tamamilə açılacaq və bəşəriyyət ağır nüvə təhlükəsi ilə üz-üzə qalacaq. Həmçinin KXDR Xarici İşlər Nazirliyi qeyd edib ki, ABŞ nüvə tərk-silahı ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən imtina edib, öz nüvə gücünü dayanmadan artırır və müvafiq texnologiyaları müttəfiqlərinə ötürür.
Mənbə oxu.az

Oxşar Xəbərlər