Cəmiyyət

Azərbaycanın tanınmış iqtisadçı-eksperti vəfat etdi

29 Sep 2026, 11:34 4 baxış
Azərbaycanın tanınmış iqtisadçı-eksperti vəfat etdi
Azərbaycanın tanınmış iqtisadçı-eksperti, Oxu.Az saytının əməkdaşı Pərviz Heydərov vəfat edib. Bu barədə Oxu.Az-a iqtisadçı-ekspertin yaxınları məlumat veriblər. Pərviz Heydərov 54 yaşında pnevmoniya səbəbi ilə dünyasını dəyişib. Qeyd edək ki, Pərviz Heydərov uzun illər ərzində Azərbaycanda iqtisadi proseslər, maliyyə və sosial-iqtisadi məsələlərlə bağlı açıqlamaları və analitik şərhləri ilə tanınıb. O, müxtəlif media qurumlarına müsahibələr verərək, eləcə də Oxu.Az saytında yazdığı məqalələrlə ölkə iqtisadiyyatında baş verən prosesləri şərh edib. Saytımızın kollektivi Pərviz Heydərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Mənbə oxu.az

Oxşar Xəbərlər