Cəmiyyət
Adı dəyişdirildi, məzarları dağıdıldı: Güllüdüzün 118 illik YADDAŞI - FOTO/VİDEO
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır. "Qərbi Azərbaycanın yaddaş məkanları" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək. Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Qərbi Azərbaycanın Güllüdüz kəndi haqqında olacaq.
Kənd ən azı 118 il ərzində Güllüdüz adını daşıyıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı Vardahovit olaraq dəyişdirilib. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Vayots Dzor vilayətinin tərkibindədir. Güllüdüz XIX əsrin ikinci yarısında yaranıb. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının tərkibində olub. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
Qafqaz haqqında məlumat toplusu: 1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 115 nəfər yaşayıb. 1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu: 1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 217 nəfər yaşayıb. Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): 1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 263 nəfər yaşayıb. 1905-1906-cı illərdə erməni millətçi Daşnaksütyun partiyası birinci dəfə Qafqazda müsəlman əhalinin etnik təmizlənməsini keçirməyə başlayıb. Bu hərəkətlər İrəvan quberniyasına da toxunub. Etnik təmizləmənin nəticələri əvvəlki illərdə kənddə yaşamış türk əhalinin sayını onların 1908-ci ildəki sayı ilə müqayisə etdikdə görünür. İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası: 1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 151 nəfər yaşayıb. 1915-ci ilə olan Qafqaz təqvimi: 1914-cü ildə kənddə 151 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb. 1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.
9-cu Osmanlı Ordusunun 27 noyabr 1918-ci il tarixli məlumatında Güllüdüz üç ay ərzində zorakılığa məruz qalmış müsəlman kəndləri arasında qeyd olunur. Bu kəndlər sonradan artilleriya və pulemyot atəşinə tutulub və ümumilikdə 400 nəfər itki verərək sakinləri öz evlərini tərk etməyə məcbur olublar. 1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. 1926-1959-cu illərdə Güllüdüz mənbələrdə iki ayrı yaşayış məntəqəsi - Yuxarı Güllüdüz və Aşağı Güllüdüz kimi qeyd olunur. 1959-cu ildə onlar yenidən vahid bir kənddə birləşdiriliblər. Kənd sonradan ardıcıl olaraq, Keşişkənd, Mikoyan və Yeğeqnadzor adlarını daşımış Dərələyəz rayonunun tərkibində olub. Erməni mənbələrinin məlumatına əsasən, kənddə 1980-ci illərin sonlarına qədər azərbaycanlılar yaşayıblar. Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): 1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 142 nəfər yaşayıb. 1926-cı ildə Aşağı Güllüdüz kəndində 32 nəfər yaşayıb, onlardan 31-i azərbaycanlı olub. 1926-cı ildə Yuxarı Güllüdüz kəndində hamısı azərbaycanlı olmaqla 108 nəfər yaşayıb. Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi: 1959-cu ildə Güllüdüz kəndində 263 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti: 1970-ci ildə kənddə 362 nəfər yaşayıb. 1979-cu ildə kənddə 369 nəfər yaşayıb. 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. 2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə onlarla dağıdılmış məzar daşlarının qaldığı XIX-XX əsrlərin azərbaycanlı qəbiristanlığı aşkar edilib. Materialın hazırlanması zamanı istifadə olunan mənbələr: Yuxarıdakı məlumatların əsaslandırılması üçün 24 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, Böyük Sovet Ensiklopediyası, "The Scotsman", Riçard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Güllüdüzlə bağlı 60 vizual material yerləşdirilib. Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.

Mənbə
oxu.az