Cəmiyyət

Bakıda bəzi marşrutların iş saatları uzadılır

28 Sep 2026, 19:57 2 baxış
Bakıda bəzi marşrutların iş saatları uzadılır

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.media-nın sorğusuna cavab olaraq məlumat verilib:


"Bir çox müntəzəm marşrutların iş saatları sərnişin tələbatına uyğun olaraq dəyişidirilərək saat 00:00-dək uzadılması nəzərdə tutulub. Hazırda bununla bağlı müvafiq işlər aparılır".


Açıqlamada qeyd edilib ki, paytaxtın müntəzəm marşrutları mərhələli qaydada “brutto müqavilə” sisteminə keçirilir. Bu sistemə keçən avtobuslar artıq gecə 00:00-dək xidmət göstərir.

Mənbə axar.az

Oxşar Xəbərlər