İdman
Azərbaycan millisi 16 cavabsız qolla məğlub oldu
17 yaşadək qızlardan ibarət Azərbaycan futbol millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. Oxu.Az xəbər verir ki, B Liqasının B1 qrupunda mübarizə aparan komandamız Albaniyanın Rroqojinye şəhərində İrlandiya yığması ilə qarşılaşıb. Qarşılaşma İrlandiya millisinin 16:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Azərbaycan U-17 millisi növbəti oyununu oktyabrın 1-də Kosovoya, daha sonra isə oktyabrın 4-də Albaniyaya qarşı keçirəcək.
Mənbə
oxu.az