İdman

Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı

28 Sep 2026, 16:20 3 baxış
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı

Azərbaycanlı hakimlər UEFA Millətlər Liqasının Gürcüstan – Ukrayna oyununda iş başında olacaqlar.


Axar.az xəbər verir ki, B Liqasının 2-ci qrupunun 2-ci turunun matçını Əliyar Ağayev idarə edəcək.


Ona Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək.


Görüşün VAR hakimi italiyalı Aleandro Di Paolo, AVAR hakimi isə azərbaycanlı İnqilab Məmmədov olacaq.


Qeyd edək ki, Gürcüstan – Ukrayna matçı bu gün Tiflisdə Boris Paiçadze adına stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər