Digər

Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

28 Sep 2026, 13:18 1 baxış
Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi
Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində tpe şirkətinin təşkilatçılığı ilə "Qeyri-maddi kapital birbaşa xarici investisiyaların hərəkətverici qüvvəsi kimi: yerli ekspertiza inkişaf etməkdə olan bazarların yeni valyutasıdır" mövzusunda panel müzakirəsi keçirilib. Müzakirədə SOCAR, "Azpromo", "Pörner", "KPMG Azərbaycan" və "Caspian Business Hub" nümayəndələri iştirak ediblər. Panel iştirakçıları xarici investisiyaların ayrı-ayrı layihələrin maliyyələşdirilməsi alətindən yerli səriştələrin formalaşdırılması, sənaye kooperasiyasının gücləndirilməsi və yeni ixrac imkanlarının yaradılması mexanizminə çevrilməsini müzakirə ediblər. Qeyd olunub ki, burada təkcə investisiya həcmi deyil, onun uzunmüddətli dəyər yaratmaq qabiliyyəti - texnologiyaların ötürülməsi, mühəndislik səriştələrinin inkişafı, yerli təchizat zəncirlərinin formalaşdırılması, beynəlxalq standartların tətbiqi və ixrac potensialının artırılması əsas əhəmiyyət daşıyır. 30 illik sənaye obyektlərinin layihələndirilməsi və tikintisi təcrübəsinə malik tpe şirkətinin icraçı direktoru Rüstəm İsmayılov bildirib ki, güclü iqtisadiyyat hər bir növbəti layihənin əvvəlki təcrübəyə söykəndiyi yerdə başlayır. Onun sözlərinə görə, layihə başa çatdıqdan sonra insanlar, metodologiyalar, proseslər və peşəkar mədəniyyət qalmalıdır ki, növbəti layihə daha sürətli və daha keyfiyyətli icra olunsun. "Vacib olan odur ki, yeni bilik şəxsi deyil, sistem xarakteri daşısın. Hər bir layihədə bacarıqların bir neçə güclü mütəxəssisin üzərində cəmlənməsi riski var. Lakin onlar ayrıldıqda sistem yenidən başlanğıc vəziyyətinə qayıdır. Əsl kompetensiya transferi təlimdən sonra deyil, komanda düzgün qərarları artıq müstəqil şəkildə qəbul edə bildiyi zaman baş verir", - deyə Rüstəm İsmayılov vurğulayıb. Onun fikrincə, rəqəmsal sistemlərə, texnoloji həllərə və beynəlxalq standartlara baxmayaraq, əsas rolu məhz təcrübə oynayır. Bu təcrübə əvvəlkini əvəz etməməli, onu inkişaf etdirərək toplanmış səriştələrə çevrilməlidir. SOCAR nümayəndəsi Hikmət Abdullayev isə bildirib ki, beynəlxalq tərəfdaşlıq texnologiyaların və ekspertizanının ölkə daxilində qorunub saxlanılmasına xidmət etməlidir. Hazırda SOCAR metan emissiyalarının ölçülməsi və azaldılması, eləcə də Xəzər regionunun ekoloji reabilitasiyası sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir. Şirkətin əsas prinsipi beynəlxalq tərəfdaşları metodologiyaların, texnologiyaların və ekspertizanın azərbaycanlı mütəxəssislərə ötürülməsi məqsədilə cəlb etməkdir. "Bizə sadəcə gəlib işi bizim yerimizə görəcək tərəfdaş lazım deyil. Bizə elə tərəfdaş lazımdır ki, bunu bir dəfə bizimlə birlikdə etsin və ikinci dəfə biz həmin işi artıq özümüz yerinə yetirə bilək. Metodologiya, texnologiya və ekspertiza ölkədə qalmalıdır", - deyə Hikmət Abdullayev qeyd edib. Müzakirədə vurğulanıb ki, Azərbaycan investisiya gündəliyini dəyişir: əsas diqqət artıq təkcə birbaşa xarici investisiyaların cəlbinə deyil, kapitalın, texnologiyaların və yerli ekspertizanın birləşdiyi regional inkişaf ekosisteminin formalaşdırılmasına yönəlir. "Caspian Business Hub"ın rəhbəri Nərmin Cəfərova Xəzər regionunun əsas çatışmazlıqlarından birinin maraqlı tərəfləri qısa müddətdə işlək layihə ətrafında birləşdirmək bacarığının zəif olması olduğunu bildirib. Onun sözlərinə görə, məhz burada CBH-ın iqtisadi funksiyası - hər bir tərəfin məntiqini anlayan və investisiya imkanları ətrafında düzgün iştirakçı konfiqurasiyasını formalaşdıran vahid koordinasiya mərkəzi kimi rolu üzə çıxır. "Qlobal məqsədimiz rezident şirkətlərin sayını artırmaq deyil, əməkdaşlıq infrastrukturunu formalaşdırmaqdır. Koordinasiya xərclərini elə səviyyəyə endirmək istəyirik ki, şirkətlər üçün mürəkkəb transsərhəd layihələri birlikdə həyata keçirmək tək işləməkdən daha sərfəli olsun. Beləliklə, "Caspian Business Hub" sadəcə biznes platforması deyil, Xəzər regionunun yeni investisiya infrastrukturunun ayrılmaz hissəsinə çevriləcək", - deyə Nərmin Cəfərova bildirib. Panel müzakirəsi göstərib ki, investisiya gündəliyi artıq "nə qədər kapital cəlb olunub?" sualından "bu kapital ölkə daxilində hansı uzunmüddətli dəyəri yaradır?" sualına doğru dəyişir. Yerli biliklər, mühəndislik səriştələri, texnoloji təcrübə və mürəkkəb layihələr ətrafında tərəfləri birləşdirmək bacarığı maliyyə kapitalı qədər mühüm resursa çevrilir. İnkişaf etməkdə olan bazarlar üçün bilikləri və beynəlxalq kapitalı dayanıqlı yerli səriştələrə çevirmək qabiliyyəti sənaye inkişafının növbəti mərhələsinin əsas amillərindən biri ola bilər.




Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi
Mənbə oxu.az

Oxşar Xəbərlər