Dünya

İndoneziyada bərə qəzası qurbanlarının sayı 66-ya yüksəlib

28 Sep 2026, 13:44 1 baxış
İndoneziyada bərə qəzası qurbanlarının sayı 66-ya yüksəlib
İndoneziyaya məxsus "Virgo Transport 8" gəmisinin batması nəticəsində həyatını itirənlərin sayı 66 nəfərə yüksəlib. Oxu.Az xəbər ki, bu barədə "The Jakarta Post" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, axtarış-xilasetmə işlərinin 16-cı günündə 69 nəfərin hələ də itkin düşdüyü bildirilir, 108 sərnişin isə xilas edilib. Qeyd edək ki, sentyabrın 13-də Şərqi Yavanın Surabaya şəhərindən Cənubi Kalimantan əyalətinin Bancarmasin şəhərinə hərəkət edən bərə qəzaya uğrayıb. Hadisə vaxtı gəmidə 30-u heyət üzvü olmaqla, ümumilikdə 243 nəfər olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər