Cəmiyyət

34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var

28 Sep 2026, 09:08 18 baxış
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var

Ağstafada qətl hadisəsi baş verib.


Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun parklarından birində qeydə alınıb.


Belə ki, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov kəsici alətlə qətlə yetirilib. Qətldə 1993-cü il təvəllüdlü Sabir Şükürov qətlə yetirməkdə şübhəli bilinir.


S.Şükürov keçirilən əməliyyat tədbirləri ilə saxlanılaraq şübhəli şəxs qismində istintaqa təhvil verilib.


Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər