Digər
ABŞ təkzib etdi: Bu, İranın çarəsizliyinin təzahürüdür!
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında ABŞ-a məxsus pilotsuz sualtı aparatı ələ keçirməsi barədə açıqlamasını təkzib edib.
Axar.az xəbər verir ki, bu barədə CENTCOM-un məlumatında deyilir.
“Biz istismarda olan bütün pilotsuz aparatlarımızı etibarlı şəkildə nəzarətdə saxlayırıq”, – deyə bildirilib.
CENTCOM nümayəndəsi İran tərəfinin iddiasını “açıq-aşkar çarəsizliyin təzahürü” adlandırıb.
Qeyd edək ki, İran Hörmüz boğazında ABŞ ordusuna məxsus sualtı pilotsuz qurğunu ələ keçirdiyini açıqlamışdı.
Mənbə
axar.az