Digər

Zelenski elan etdi: Cəbhənin bu istiqamətində uğurlar var

27 Sep 2026, 16:31 2 baxış
Zelenski elan etdi: Cəbhənin bu istiqamətində uğurlar var

Ukrayna qüvvələri "Vivaldi" əməliyyatı çərçivəsində Donetsk vilayətinin Liman istiqamətində uğurlar əldə edib.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.


“Hava-Desant Qoşunlarının bölmələri isə növbəti fəal müdafiə əməliyyatı zamanı irəliləyişə nail olub.


Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixail Drapatının məlumatına görə, ötən həftə ərzində cəbhədəki bütün fəal döyüş əməliyyatları istiqamətlərində 10 660 rus hərbçisi zərərsizləşdirilib”, - Zelenski bildirib.


Onun sözlərinə görə, ən gərgin döyüş əməliyyatları Pokrovsk, Konstantinovka və Liman istiqamətlərində gedir.

Mənbə axar.az

Oxşar Xəbərlər