Dünya

Əraqçı "Hörmüz dalanı"ndan çıxmağın şərtini AÇIQLADI

27 Sep 2026, 11:32 2 baxış
Əraqçı "Hörmüz dalanı"ndan çıxmağın şərtini AÇIQLADI
"Yalnız ABŞ ilə danışıqlar tərəfləri Hörmüz boğazı ətrafındakı çıxılmaz vəziyyətdən çıxara bilər". Oxu.Az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı özünün "Telegram" kanalında yazıb. "Şərtlərimiz aydındır və Hörmüz boğazının açılması istiqamətində hər bir addım bu şərtlərin yerinə yetirilməsindən asılıdır. Yalnız danışıqlar yolu ilə tapılan həll onları bu çıxılmaz vəziyyətdən çıxara bilər", - deyə nazir qeyd edib. Eyni zamanda, Əraqçının sözlərinə görə, vasitəçilər hələlik Vaşinqtonun yekun mövqeyini rəsmi şəkildə Tehrana çatdırmayıblar. "Biz vasitəçilərin yekun mövqeyi bizə ötürəcəyini gözləyirik və bunun əsasında qərar qəbul edəcəyik", - deyə o bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl Əraqçı Tehranın Vaşinqtona Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası üzrə yeddigünlük plan təqdim etdiyini bildirmişdi. Bu plan üzrə əsas tədbirlərin dörd-beş gün ərzində həyata keçirilməsi, altıncı gün boğazın açılması, yeddinci gün isə yekun sazişin bağlanmasını nəzərdə tutulur.
Mənbə oxu.az

Oxşar Xəbərlər