Kriminal

Tovuzda avtomobil iki gənc qızı vurub

27 Sep 2026, 00:18 3 baxış
Tovuzda avtomobil iki gənc qızı vurub
Tovuzda iki gənc qızı avtomobil vurub. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Qovlar şəhərində qeydə alınıb. Belə ki, "Range Rover" markalı avtomobil 2010-cu il təvəllüdlü X.Ələkbərovanı və onun həmyaşıdı F.Nəsibovanı vurub. İlkin məlumata əsasən, gənclərdən biri Tovuz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə, digəri isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər