Kriminal

Avtomobil siqnalına görə qonşular arasında mübahisə ÖLÜMLƏ NƏTİCƏLƏNDİ

26 Sep 2026, 23:08 4 baxış
Avtomobil siqnalına görə qonşular arasında mübahisə ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Sentyabrın 26-da gecə saatlarında Abşeron rayonu ərazisində avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib. Oxu.Az-ın məlumatına görə, rayon sakini Əli Axundovla qonşusu İbrahim Həmidov arasında yaranan mübahisəyə Ə.Axundovun oğlu Nadir qoşularaq kəsici alətlə İ.Həmidova xəsarət yetirib. Tərəfləri sakitləşdirməyə çalışan İ.Həmidovun qohumu S.Mamedov da xəsarət alıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2009-cu il təvəllüdlü N.Axundov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər