İdman

Mahir Emreli: "Sabah tam hazır şəkildə meydana çıxacağıq"

26 Sep 2026, 19:30 2 baxış
Mahir Emreli: "Sabah tam hazır şəkildə meydana çıxacağıq"
Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasında Litva yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Oxu.Az xəbər verir ki, o bu gün baş tutan mətbuat konfransında Millətlər Liqasına qələbə ilə başlamağın vacibliyini bildirib: "Yaxşı hazırlaşmışıq. Çətin rəqiblə oyuna çıxacağımızı bilirik. Məqsədimiz müsbət nəticə qazanmaq olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Özümü yaxşı hiss edirəm. Sabah komandama kömək etməyə hazıram". Qeyd edək ki, Litva - Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər