Kriminal

Yük avtomobili "Opel"lə toqquşdu və aşdı: yaralı var

26 Sep 2026, 18:33 4 baxış
Yük avtomobili "Opel"lə toqquşdu və aşdı: yaralı var

Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, hadisə "Mersedes" markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Yük avtomobili əvvəlcə "Opel" markalı minik maşını ilə toqquşub, daha sonra yolun kənarına aşıb.


Hadisə zamanı yük avtomobilinin sürücüsü xəsarət alıb.


Qumla dolu olan yük avtomobilinin aşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.


Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər