Siyasət

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

26 Sep 2026, 18:41 2 baxış
Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

Biz real nəticələr verən, regional sabitliyi təmin edən və dayanıqlı inkişafı təşviq edən çoxtərəfli sistemə sadiq qalırıq.


Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov X hesabında yazıb.


"Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyasına müraciət etməkdən məmnun oldum. Assambleyanı de-fakto sülh vəziyyəti və Vaşinqton Sülh Sammitindən sonra davam edən post-münaqişə bərpa prosesi barədə məlumatlandırdım.


Azərbaycanın regionlararası bağlantıların inkişaf etdirilməsi, yaşıl enerji keçidi, iqtisadi transformasiya və iqlim fəaliyyəti sahələrində liderliyini, həmçinin qlobal inkişafa və çoxtərəfli islahatlara fəal töhfəsini vurğuladım", - nazir qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər