Dünya
Tailandda daşqınlar: 84 mindən çox insan zərər çəkib - VİDEO
Tailandın paytaxtı Banqkokda cümə axşamı başlayan aramsız yağışlar nəticəsində şəhərin bir neçə ərazisi su altında qalıb və yerli sakinlərin təxliyə edilməsinə səbəb olub. Oxu.Az AFP-yə istinadən xəbər verir ki, sentyabrın 24-dən etibarən şəhərə təxminən 300 mm yağıntı düşüb.
Məlumata görə, Banqkokun şərq hissəsində vəziyyət daha da gərgindir. Aramsız yağışlar yolları su altında qoyub, kanallarda suyun səviyyəsi qalxaraq yaxınlıqdakı evlərə və restoranlara dolub. Hakimiyyət orqanlarının məlumatına əsasən, daşqınlar nəticəsində ölkə boyu, xüsusən də mərkəzi bölgələrdə olmaqla 21 əyalətdə 84 mindən çox insan zərər çəkib. Səlahiyyətli qurumlar zərərçəkmiş ərazilərin sakinlərinə mobil telefonlara kütləvi mesaj göndərmə sistemi vasitəsilə təcili xəbərdarlıqlar yollayıb.

Mənbə
oxu.az