Digər
Rusiya bu şəhərin mərkəzini vurdu: ölənlər var
Rusiya ordusunun bu gün səhər saatlarında Ukraynanın Sum şəhərinin mərkəzinə idarəolunan aviasiya bombaları ilə endirdiyi zərbə nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Yaralananlar arasında 11 aylıq uşaq da var.
Axar.az xəbər verir ki, bu barədə Sum Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Krivoşeenko məlumat yayıb.
O bildirib ki, şəhərin mərkəzi hissəsi, ilkin məlumata görə, 3 avia bomba ilə vurulub.
Mənbə
axar.az