Cəmiyyət
Bəzi yerlərdə külək əsir, yağış yağır - FAKTİKİ HAVA
Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sentyabrın 25-i saat 19:00-a olan məlumata görə, Quba və Qusarda arabir yağış yağır. Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 25, Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalanda 18, Şirvan, Culfada 17 m/s-yə çatır.
Mənbə
oxu.az