İdman
12 qat dünya çempionundan ŞOK ETİRAF: "Qadın həqiqəti deyəndə artıq gec idi" - VİDEO
Sambo üzrə dəfələrlə dünya çempionu, cüdoçu Zülfiyyə Hüseynova jurnalist Afaq Mirayiqin müəllifi olduğu "Peşə kuryozu" verilişinin qonağı olub. Oxu.Az xəbər verir ki, idmançı verilişdə zəngin idman karyerası, saysız-hesabsız yarışları və gündəlik həyatı ilə bağlı indiyədək danışmadığı maraqlı xatirələrini bölüşüb. Dünya idman arenalarında dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldıran əfsanəvi xanım idmançı ağır məşqlərdən, gərgin çempionatların pərdəarxası məqamlarından, tatamidə yaşadığı gözlənilməz hadisələrdən və illər ərzində qarşılaşdığı həm təəccüblü, həm də gülməli kuryoz situasiyalardan səmimi söhbət açıb: "Nərimanov metrosunun üstündə o vaxtlar türk köynəkləri gətirib satırdılar. Mən də sinif yoldaşımla idim. Adı Sevincdir. O da çox zərif, nazik bir qızdır. Oradakı köynəklərə birlikdə baxdıq, sonra yerinə qoyub qayıtdıq. Həmin vaxt bizim yanımızda bir xanım da köynəkləri götürüb baxırdı. Biz dönüb getmək istəyəndə satıcı oğlan qışqırdı ki, köynəyi oğurladınız. Deyirəm, ay qardaş, qoyduq ora. Necə oğurladıq? Sevinc də ağlayır. Deyirəm ki, əlimdə sumka var? Satıcı da deyir ki, yox. Bəs hara qoyduq biz o köynəyi? Onda yazığı çox pis vurdum. Sonra qadın dedi ki, ay bala, mən götürmüşəm köynəyi, onlar götürməyiblər. Artıq gec idi, oğlan o ki var döyülmüşdü". Daha ətraflı videoda:
Mənbə
oxu.az