Dünya

Bill Qeytsdən ŞOK SÖZLƏR: "Süni intellekt bir milyard insanın ölümünə səbəb ola bilər"

25 Sep 2026, 21:42 2 baxış
Bill Qeytsdən ŞOK SÖZLƏR: "Süni intellekt bir milyard insanın ölümünə səbəb ola bilər"
"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt (Sİ) bir milyard insanın ölümü ilə nəticələnəcək hadisələrə səbəb ola bilər. Oxu.Az xəbər verir ki, Qeyts bunu NBC telekanalına müsahibəsində bildirib. "Sİ bir milyard insanın ölümünə səbəb olacaq hadisələrə gətirib çıxara biləcək qədər güclüdür", - deyə o qeyd edib. Onun sözlərinə görə, bəşəriyyətin heç vaxt "pis niyyətli insanların ən yeni Sİ alətləri ilə birləşməsi" qədər güclü silahı olmayıb. Qeyts həmçinin Sİ-dən istifadə sahəsində qanunvericilik məhdudiyyətlərinin tətbiqinin tərəfdarı olduğunu bildirib. Daha əvvəl "Anthropic" şirkətinin rəhbəri Dario Amodei təhlükəsizlik səbəblərindən daha güclü süni intellekt modellərinin hazırlanması sürətinin azaldılmasına çağırıb. Amerikalı milyarder, "SpaceX" və "xAI" şirkətlərinin sahibi İlon Mask, eləcə də "OpenAI" şirkətinin rəhbəri Sem Altman artıq bu ideya ilə razılaşdıqlarını bildiriblər. "Politico" nəşrinin bu həftə keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ, Kanada və bir sıra Avropa ölkələrinin sakinlərinin təxminən yarısı Sİ-nin inkişaf tempinin azaldılmasının tərəfdarıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər