Cəmiyyət
İçərişəhər avtomobillər üçün BAĞLANACAQ? - Sədrdən AÇIQLAMA
"İçərişəhərdə ümumi yol şəbəkəsi 7.5 kilometrdir. Bunun təxminən yarısı elə piyada yollarıdır". Oxu.Az xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud APA-ya və "Xəzər" TV-yə müsahibəsində deyib. "Bu gün maşınlar üçün əsas istifadə olunan yollar daxili perimetr üzrə olan yollardır. Onların bağlanmaması şəhərin canlı qalması üçün mütləqdir. Amma piyadalar üçün daha çox imkanlar yaradılır, daha rahat piyada zonaları təşkil olunur. Eyni zamanda inklüziv yolların da tikintisi bizim planımızda var. Bu gün artıq Qız qalasına çatan və Neftçilər prospektindən başlayan yol inklüziv yol olaraq təşkil olunub və bunun davam etdirilməsi planlaşdırılır. Məqsəd bütün ərazini avtomobillər üçün bağlamaq deyil, sakinlərin ehtiyaclarını nəzərə alan düzgün piyadalaşdırma modelidir", - İdarə sədri qeyd edib.
Mənbə
oxu.az