Dünya
İranda Pezeşkiana görünməmiş dəstək - VİDEO
ABŞ ilə son dərəcə gərgin münasibətlər və hərbi qarşıdurma şəraitində İran nümayəndə heyətinin BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri ölkədə diqqət mərkəzində olan əsas hadisəyə çevrilib. Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videomaterialda məlumat verir.
Süjetdə bildirilir ki, nümayəndə heyətinə İran Prezidenti Məsud Pezeşkian rəhbərlik edib. Ondan bir gün əvvəl isə xarici işlər naziri Abbas Əraqçı Nyu-Yorka yollanıb və bir sıra görüşlər keçirib. Sentyabrın 23-də Pezeşkian Assambleyanın iclasında təqribən 20 dəqiqəlik çıxış edib. ABŞ Prezidenti Donald Trampın İrana qarşı ağır ittihamlar və sərt təhdidlər ehtiva edən daha əvvəlki çıxışı fonunda Pezeşkianın nitqi İranda misli görünməmiş dəstək qazanıb. Məlumata görə, ən diqqətçəkən məsələnin dünənə qədər Pezeşkianı və onun başçılıq etdiyi hökuməti daim tənqid edən, hətta İran prezidentinin vəzifəsindən kənarlaşdırılmasını tələb edən mühafizəkar siyasi dairələrin də onun BMT Baş Assambleyasındakı çıxışını təqdir edərək alqışlamasıdır. Süjetdə, xüsusən Pezeşkianın BMT tribunasından ABŞ və İsrail tərəfindən qətlə yetirilən keçmiş ali rəhbər Əli Xameneinin və Minab məktəblilərinin şəkillərini nümayiş etdirməsi, Trampın iddiasının əksinə olaraq, İranın terroru dəstəkləyən dövlət deyil, terrorun qurbanı olan ölkə olduğunu bəyan etməsi, həmçinin İranın təzyiqlər qarşısında boyun əyməyəcəyini və təslim olmayacağını qətiyyətlə bildirməsi qeyd olunan müsbət reaksiyaların meydana çıxmasına səbəb olduğu barədə qeyd olunub.

Mənbə
oxu.az