Dünya

Erməni hərbçilərin Hindistanda təlim keçdiyi üzə çıxdı

25 Sep 2026, 14:24 3 baxış
Erməni hərbçilərin Hindistanda təlim keçdiyi üzə çıxdı
Ermənistan ordusunun hərbçiləri "Akash" hava hücumundan müdafiə sistemlərinin idarə edilməsini mənimsəmək üçün Hindistanda xüsusi təlimlər keçiblər. Oxu.Az xəbər verir ki, bu barədə "Indian Defence Times" nəşri məlumat yayıb. Məlumata görə, təşkil olunan tədris prosesi Hindistan istehsalı olan sözügedən zenit-raket kompleksinin düzgün istismarı, texniki qulluğu və səmərəli şəkildə yerləşdirilməsi vərdişlərini əhatə edib. Verilən məlumata əsasən, Ermənistan hərbi mütəxəssisləri bu kurslarda qazandıqları nəzəri və praktiki bacarıqları gələcəkdəki çöl təlimləri zamanı tətbiq edəcəklər. Xatırladaq ki, bundan əvvəl Ermənistan Hindistandan "Pinaka" reaktiv yaylım atəşi sistemləri, "ATAGS" haubitsaları, "Akash" zenit-raket kompleksləri və "Swathi" radarlarının alışına başlamışdı. Son illər ərzində Ermənistan və Hindistan hərbi-texniki əməkdaşlığı nəzərəçarpacaq dərəcədə genişləndiriblər: bağlanmış müqavilələrin ümumi dəyəri 1.5 milyard dolları ötür.
Mənbə oxu.az

Oxşar Xəbərlər