Cəmiyyət
Azərbaycanla İtaliya Futbol Federasiyası arasında strateji əməkdaşlıq başlayacaq
Azərbaycanla İtaliya Futbol Federasiyası arasında strateji əməkdaşlıq başlayacaq. Oxu.Az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf və İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqo arasında əməkdaşlıq sənədi imzalanacaq. Sənədin Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanması planlaşdırılır. Bundan başqa, forumun ilk sessiyası çərçivəsində aşağıdakı sənədlərin imzalanması nəzərdə tutulur: - Tikinti və inkişaf sahəsində əməkdaşlıq Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Anar Axundov və "ROX Group" Səhmdar Cəmiyyətinin baş icraçı direktorunun müavini tərəfindən; - Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və "ROX Group" Səhmdar Cəmiyyətinin icraçı direktorunun müavini Ta Ngoc Da tərəfindən; - Yeni texnologiya əsasında silisium karbidi, silisium oksidi və silisiumun istehsalı Valeh Ələsgərov (Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri) və Vitali Yevdokimenko (Inovest AFEZCO-nun təsisçisi) tərəfindən; - ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan plantasiya və emal müəssisələri layihələri Seymur Orucov (Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı) və Zoltan Peter Stuçlik (İsveçrənin "iCsquared GmbH" şirkətinin nümayəndəsi) tərəfindən; Ağdam Quşçuluq Layihəsi Ülvi Mansurov (Azərbaycan Biznesin İnkişafı Fondunun İdarə Heyətinin sədri), Niyazi Əmirbəyov ("AgroDairy" MMC-nin Baş direktoru), Petr Çinqr ("AGROFERT, a.s."-in İdarə Heyəti sədrinin müavini) və Libor Nemeçek ("AGROFERT, a.s."-in İdarə Heyətinin üzvü) tərəfindən; - Baytarlıq vaksinlərinin istehsalı layihəsi Ülvi Mansurov (Azərbaycan Biznesin İnkişafı Fondunun İdarə Heyətinin sədri) və Abdullah Tutak (direktor VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş.) tərəfindən; - Əczaçılıq istehsalı müəssisəsinin yaradılması Ülvi Mansurov (Azərbaycan Biznesin İnkişafı Fondunun İdarə Heyətinin sədri) və Ondrej Draqun ("Saneca Pharmaceuticals, a.s." şirkətinin maliyyə direktoru) tərəfindən; - Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu tərəfindən "AzərTürk Bank" ASC-də nəzarət hüququ verməyən payın əldə edilməsi Dəyanət Sadullayev (Azərbaycan İnvestisiya Holdinqinin İcraçı direktorunun səlahiyyətlərini icra edən) və Saif Əl-Mahruqi (Oman İnvestisiya İdarəsinin G2G Fondları üzrə baş meneceri) tərəfindən; - "Esyasoft", SOCAR və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlıq Rövşən Nəcəf (SOCAR-ın prezidenti), Bipin Çandra ("Esyasoft"un nümayəndəsi) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndəsi (dəqiqləşdirilməlidir) tərəfindən; - Azərbaycan və Ukrayna arasında investisiyaların təşviqi sahəsində əməkdaşlıq Yusif Abdullayev (AZPROMO-nun icraçı direktoru) və Maryna Xlystun (UkraineInvest-in icraçı direktoru) tərəfindən; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə "Microsoft Ireland Operations Limited" şirkəti arasında Anlaşma Memorandumu Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Azər Bayramov və Microsoft-un Rumıniya, Moldova və MDB ölkələri üzrə baş direktoru Qabriela Popesku tərəfindən.
Mənbə
oxu.az