Dünya
Kriptovalyuta birjasında ŞOK: Hakerlər 350 milyon dolları yox etdilər
Hakerlər "Bitget" nəhəng kriptovalyuta birjasına hücum edərək 350 milyon dollardan çox dəyərində vəsaiti oğurlamağa müvəffəq olublar. Oxu.Az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Qreysi Çen sosial şəbəkə hesabında məlumat verib. "Bitget"in təhlükəsizlik sistemləri qanunsuz tranzaksiyalar aşkarlayıb. Təhlükəsizlik qrupumuz dərhal fövqəladə hallara reaksiya protokollarını aktivləşdirib. Mənimsənilən vəsaitin ümumi məbləği təqribən 351.6 milyon dollar olub", - deyə şirkət rəhbəri qeyd edib. Baş direktor vurğulayıb ki, ehtiyat tədbiri olaraq kriptobirjadan vəsait çıxarılması müvəqqəti dayandırılıb. Onun sözlərinə görə, müştərilərin üzləşdiyi maliyyə itkiləri hazırda 464 milyon dollardan çox büdcəsi olan xüsusi sığorta fondu hesabına kompensasiya ediləcək.
Mənbə
oxu.az