Digər
Qazaxıstanda həlak olan hərbçilərin sayı artdı
Qazaxıstanın Manqistau vilayətindəki hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 14-ə çatıb.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumdan qeyd edilib ki, sentyabrın 25-i səhər saatlarında daha əvvəl Xəzər dənizinin akvatoriyasında itkin düşmüş iki hərbi qulluqçunun meyiti tapılıb.
Qazaxıstan Müdafiə Nazirliyi axtarış əməliyyatının başa çatdığını bildirib.
Qeyd edək ki, ötən gün Xəzər dənizində təlimlər zamanı Qazaxıstanın 19 hərbçisi dənizə düşüb.
Mənbə
axar.az