Digər

Bu, bizə imkan verir ki, Rusiyanın şərtləri ilə razılaşmayaq

25 Sep 2026, 09:08 8 baxış
Bu, bizə imkan verir ki, Rusiyanın şərtləri ilə razılaşmayaq

Danışıqlar prosesi “Ankoric razılaşmaları”ndan uzaqlaşıb və Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı güclü mövqeyi bizə Rusiyanın irəli sürdüyü “kompromissiz kompromislər”lə razılaşmamaq imkanı verir.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.


“Prezident Donald Trampın rəsmi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə gəlməsi müsbət haldır. Onların səfəri ilə prosesin blokdan çıxarılması artıq yaxşı addımdır”, - o vurğulayıb.


Eyni zamanda, Zelenski hesab edir ki, artıq “Ankoric razılaşmaları”ndan geri çəkilmə baş verib:


“Fikrimcə, hazırda baş verənlər və Ukraynanın neytrallığı məsələsində, həmçinin “3+2” formatında “Ankoric razılaşmaları” ilə bağlı yaranmış vəziyyət göstərir ki, danışıqlar prosesi bütün bunlardan uzaqlaşıb”.

Mənbə axar.az

Oxşar Xəbərlər