Cəmiyyət

Diş çəkdirəndən sonra vəziyyəti ağırlaşdı, dünyasını dəyişdi: Ailədən ŞOK İDDİA - VİDEO

25 Sep 2026, 00:32 2 baxış
Diş çəkdirəndən sonra vəziyyəti ağırlaşdı, dünyasını dəyişdi: Ailədən ŞOK İDDİA - VİDEO
Baku TV-nin qaynar xəttinə müraciət edən Cəmilə Mahmudova bacısı Leyla Əhmədovanın həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edib. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlıq Mərkəzinə müraciət edib.

Ailənin iddiasına görə, stomatoloq Samir Novruzov dişi çəkdikdən sonra Leyla Əhmədovanın vəziyyəti kəskin pisləşib. Vəziyyəti ağırlaşan xəstə Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Həkim Məhəmməd Davudov tərəfindən müalicə və əməliyyat olunan Leyla Əhmədova daha sonra Reanimasiya şöbəsinə yerləşdirilib. O, sentyabrın 6-da dünyasını dəyişib. Mərhumun anası bildirib: "Müayinə zamanı iynə vurularkən qızım kəskin ağrıdan qışqırdı. Hətta assistenti də həkimə sinirə toxunduğunu bildirdi. İltihablı və şişkin dişi rentgen müayinəsi aparılmadan çıxardı. Evə gələndən sonra da ağrısı və keylik keçmədi. Həkim heç bir məsuliyyət daşımadığını deyir. Mənim övladım bir dişin qurbanı oldu. Cəzalandırılmasını tələb edirəm". Stomatoloq Samir Novruzov isə bildirib ki, xəstə müraciət edib və ona tibbi yardım göstərilib: "Xəstə müraciət etdi, biz öz işimizi gördük. Rentgenə ehtiyac olanda göndəririk. Hazırda məsələ ilə bağlı TƏBİB və hüquq-mühafizə orqanları araşdırma aparır. Ətraflı məlumatı aidiyyəti qurumlardan ala bilərsiniz".
Mənbə oxu.az

Oxşar Xəbərlər