Cəmiyyət

Bakının Xəzərə çıxışı ilə bağlı YENİ PLAN: Bulvar genişləndiriləcək - FOTO

25 Sep 2026, 00:56 3 baxış
Bakının Xəzərə çıxışı ilə bağlı YENİ PLAN: Bulvar genişləndiriləcək - FOTO
"Xəzər sahili boyunca bulvarın genişləndirilməsi ilə Bakı şəhərinin Xəzər dənizinə çıxışı böyük ictimai məkan vasitəsilə təmin ediləcək". Oxu.Az xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov "Report" İnformasiya Agentliyinə və "ARB" telekanalına müsahibəsində deyib.
{{gallery}} O xatırladıb ki, 2012-ci ildə mövcud Bakı bulvarı indiki Dövlət Bayrağı Meydanı və Bayıl istiqamətində, eləcə də Su İdmanı Sarayı istiqamətində, 2015-ci ildə isə indiki Ağ Şəhər bulvarı istiqamətində genişləndirilib. "Nəzərə almaq lazımdır ki, Bakı bulvarının yeri və forması da unikaldır. Çünki bulvar şəhərin mərkəzində kifayət qədər uzun ərazini əhatə edən ictimai məkandır. Bulvar ərazisinin Zığ və Bibiheybət kimi şəhərin kifayət qədər uzaq nöqtələrini birləşdirən ictimai məkana çevrilməsi onun sadəcə son təyinat nöqtəsi kimi deyil, şəhərin daxilində böyük ictimai dəhlizə və yaşıllıq zolağına çevrilməsi deməkdir. Digər tərəfdən, bunun şəhərlə Xəzərin bağlılığı baxımından da böyük əhəmiyyəti var. Bakının həm tarixi, həm iqtisadiyyatı, həm də kimliyi Xəzər dənizi ilə bağlı olub. Dəniz sahili boyunca bulvarın və bu yaşıllıq zolağının perspektiv olaraq genişləndirilməsi o deməkdir ki, Bakının Xəzərə çıxışı bilavasitə böyük ictimai məkan vasitəsilə təmin ediləcək", - deyə Xanlar Ağalarov bildirib. Sədr əlavə edib ki, bunun ekoloji və iqlim dayanıqlılığı baxımından da böyük əhəmiyyəti var: "Müasir şəhərsalmada mavi və yaşıl infrastrukturun, su hövzələri və yaşıllıq ərazilərinin yanaşı yerləşməsinin ekoloji dayanıqlılığa böyük təsiri var. Həmin zolağın genişləndirilməsi ərazinin mikroiqliminə, istilik və havanın təmizliyi ilə bağlı göstəricilərə, biomüxtəlifliyə, insanların yaşıllıq və təbiət ərazilərinə çıxışının daha da asanlaşdırılmasına təsir göstərəcək".
Bakının Xəzərə çıxışı ilə bağlı YENİ PLAN: Bulvar genişləndiriləcək - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər