Digər

Netanyahunun çıxışına görə zalı tərk etdilər

24 Sep 2026, 23:09 12 baxış
Netanyahunun çıxışına görə zalı tərk etdilər

İsrailin Baş naziri Benyamin Netanyahunun çıxış etmək üçün kürsüyə çıxmasına etiraz olaraq bir neçə iştirakçı BMT Baş Assambleyasının zalını tərk edib.


Axar.az xəbər verir ki, İsrail baş naziri kürsüyə dəvət edildikdən sonra onlarla diplomat yerlərindən qalxaraq çıxışa tərəf gedib.


Narazılar zalda Netanyahunun çıxışına etiraz ediblər. Çıxışının əvvəlində İsrail baş naziri zalı hələ tərk etməyənləri dərhal getməyə çağırıb:


"Çıxışıma başlamazdan əvvəl kiçik bir elan: əgər bu zalda hələ də zalı tərk etməmiş başqa mənəvi qorxaqlar qalıbsa, xahiş edirəm, bunu elə indi etsinlər!"

Mənbə axar.az

Oxşar Xəbərlər