Kriminal

Sabirabadda ağır qəza: Ölən və yaralanan var

24 Sep 2026, 19:36 10 baxış
Sabirabadda ağır qəza: Ölən və yaralanan var
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Osmanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, "Jiquli" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb. Ölən şəxs Şirvan şəhər sakini, 1954-cü il təvəllüdlü Rahim Məzahir oğlu İbrahimovdur. Qəza nəticəsində üç nəfər də xəsarət alıb. Onlar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Sabirabadda ağır qəza: Ölən və yaralanan var
Mənbə oxu.az

Oxşar Xəbərlər