Digər
Husilər Səudiyyədə hərbi obyektlərə zərbələr endirdi
Yəməndəki husi üsyançıları Səudiyyə Ərəbistanının Cizan vilayətində hərbi obyektlərə zərbələr endiriblər.
Axar.az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya deyib.
"Yəmən silahlı qüvvələri (husilər nəzərdə tutulur – red.) onlarla ballistik raket və pilotsuz uçuş aparatlarından istifadə edərək hərbi əməliyyat keçirib. Əl-Təval bölgəsində (Cizan əyaləti) Səudiyyə Ərəbistanı qoşunlarının cəmləşdiyi komanda məntəqələri, komanda və nəzarət mərkəzləri, silah anbarları və digər vacib obyektlər hədəf alınıb", - deyə açıqlamada bildirilir.
Mənbə
axar.az