İdman
UEFA-dan Almaniya millisinə forma qadağası - FOTO
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Almaniya milli komandasına Niderland yığması ilə Millətlər Liqasının ilk oyununda 1990-cı il dünya çempionatındakı yaşıl retro geyimindən istifadə etməyə icazə verməyib. Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Məlumata əsasən, "Adidas" tərəfindən hazırlanan bu geyim UEFA-nın təchizat reqlamentinin tələblərini ödəmir. Belə ki, formanın qolları Millətlər Liqası və UEFA Fondunun loqotiplərinin yerləşdirilməsi üçün sərbəst buraxılmalıdır, lakin retro-dizaynda "Adidas"ın üç zolağı qolların ucuna qədər uzanır. İkinci səbəb isə mövcud qaydalara görə oyunçunun nömrəsinin mütləq sinə nahiyəsində görünməsi tələbidir ki, bu da 1990-cı ilin dizaynında nəzərdə tutulmamışdı.
Nəticə etibarilə, Almaniya Futbol İttifaqı və "Adidas" 70 ildən çox davam edən əməkdaşlıqları çərçivəsindəki sonuncu - yeni qara formanı vaxtından əvvəl nümayiş etdirmək məcburiyyətində qalıblar. Əslində, bu geyimin təqdimatı noyabrın 3-nə planlaşdırılırdı.
Qeyd edək ki, yanvarın 1-dən etibarən Almaniya yığmasının geyim təchizatçısı Amerikanın "Nike" şirkəti olacaq. Millətlər Liqası çərçivəsində Almaniyanın ilk görüşü bu gün - sentyabrın 24-də Amsterdamda Niderlanda qarşdır. Matç bu yay Almaniya futbol millisinin baş məşqçisi postuna gətirilmiş Yurgen Klopp üçün ilk sınaq olacaq.

Mənbə
oxu.az