Kriminal
Peşəkar güləşçini qətlə yetirən Loğman Alıyev həbsxanada öldü - FOTO
Azərbaycanda məhkum həbsxanada ölüb. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıda yerləşən cəzaçəkmə müəssisələrindən birində baş verib. Məhkum, 42 yaşlı Loğman Əli oğlu Alıyev müəssisədə dünyasını dəyişib. Onun xəstəlik səbəbindən öldüyü bildirilir. Qeyd edək ki, Loğman Alıyev 2017-ci ildə qonşusu və tanışı olan Elçin Tapdıqovu bıçaqlayaraq qətlə yetirib.
Hadisəyə səbəb isə Tapdıqovun Loğmana qarşı nalayiq ifadələr işlətməsi olub. Həmin vaxt mediada yayılan məlumatlarda Elçin Tapdıqovun peşəkar güləşçi olduğu yer alıb.
Hadisəyə səbəb isə Tapdıqovun Loğmana qarşı nalayiq ifadələr işlətməsi olub. Həmin vaxt mediada yayılan məlumatlarda Elçin Tapdıqovun peşəkar güləşçi olduğu yer alıb.
Mənbə
oxu.az