Digər
Türkmənistan icazə vermədi, təyyarə İrana qayıtdı
Türkmənistanın İran aviaşirkətlərinə hava məkanından keçməyə icazə verməməsi səbəbindən Tehran-Düşənbə reysi İmam Xomeyni Beynəlxalq Hava Limanına geri qayıtmağa məcbur olub.
Axar.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Bildirilib ki, təyyarə Türkmənistanın hava məkanından tranzit keçidinə icazə verilmədiyi üçün təyinat məntəqəsinə çata bilməyib.
Mənbə
axar.az