Digər

Moskvadakı universitetlər təxliyə olunur - Səbəb

24 Sep 2026, 15:35 9 baxış
Moskvadakı universitetlər təxliyə olunur - Səbəb

Moskvada universitetlərin genişmiqyaslı təxliyəsi baş verib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.


Bildirilib ki, ən azı altı təhsil müəssisəsindəki tələbələr təxliyə edilib.


Təxliyə Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinə, Rusiya Teatr Sənəti İnstitutuna (GİTİS), Dövlət Təhsil Universitetinə və Moskva Dövlət İdman və Turizm Universitetinə (MGSİT) aid olub.


Qeyd olunub ki, GİTİS-ə binada partlayıcı qurğunun yerləşdirildiyi barədə məlumat verilib, digər ali məktəblərdə təxliyənin səbəbləri isə hələlik məlum deyil.

Mənbə axar.az

Oxşar Xəbərlər