Cəmiyyət

Ləğv olunan institutun birləşdiriləcəyi universitet BƏLLİ OLDU - FOTO

24 Sep 2026, 14:40 22 baxış
Ləğv olunan institutun birləşdiriləcəyi universitet BƏLLİ OLDU - FOTO
Naxçıvan Müəllimlər İnstitutunun Naxçıvan Dövlət Universitetinə birləşdirilməsi ilə bağlı hökumət tərəfindən müvafiq qərar qəbul edilib. Oxu.Az xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib. Rektorun sözlərinə görə, hazırda Elm və Təhsil Nazirliyində birləşmə ilə bağlı prosedurların həyata keçirilməsi üçün komissiya yaradılıb.
O bildirib ki, yaxın günlərdə komissiyanın fəaliyyəti ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Elbrus İsayev qeyd edib ki, birləşmə nəticəsində tələbə və müəllimlərlə bağlı hər hansı problem yaranmayacaq: "Burada tələbələrin və müəllimlərin taleyi ilə bağlı heç bir sual yoxdur. Oradakı ixtisasların hamısı Naxçıvan Dövlət Universitetinin ixtisaslarına uyğundur. Tələbələr öz ixtisaslarında, öz arzuları olan və təhsil aldıqları ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər və Naxçıvan Dövlət Universitetinin diplomunu alacaqlar".
Ləğv olunan institutun birləşdiriləcəyi universitet BƏLLİ OLDU - FOTO Ləğv olunan institutun birləşdiriləcəyi universitet BƏLLİ OLDU - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər